Rüstəm Orucov Olimpiadanın finalında məğlub olaraq gümüş medal ilə kifayətlənib

Rüstəm Orucov Olimpiadanın finalında məğlub olaraq gümüş medal ilə kifayətlənib
00:47 9 Avqust 2016
130 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında məğlub olaraq gümüş medal qazanıb.
"Report" xəbər verir ki, bu, 73 kq. çəki dərəcəsində mübarizə aparan idmançı finalda yaponiyalı Ono Shoheiyə məğlub olub.
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Orucov vazari xalı hesabına qalib gəlib. Rüstəm Orucov yarımfinalda İsraili təmsil edən Sagi Mukiyə 1 yuka xalı ilə qalib gələrək finala yüksəlib.

Xəbərin orijinal ünvanı: http://report.az/olimpiada-2016/rustem-orucov-olimpiadanin-finalinda-meglub-olaraq-gumus-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı