7 şirkət brend marka olmaq istəyir

7 şirkət brend marka olmaq istəyir
18:11 4 Yanvar 2015
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il 2 mehmanxana və 5 müxtəlif şirkət Azərbaycan Konqreslər Bürosuna (AKB) qoşulmaq niyyətindədir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, AKB ölkəmizin Beynəlxalq Görüşlər Assosiasiyasındakı yerini möhkəmlətməkdə və növbəti beş il ərzində paytaxtımızın ən azı ildə 20 beynəlxalq konqresə ev sahibliyi etməsini reallaşdırmaqda maraqlıdır.

Qeyd edək ki, yarandığı iki il ərzində Azərbaycan Konqreslər Bürosu bir çox uğurlara imza atıb.

Belə ki, sözügedən qurum Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsünün nəticəsi olaraq meydana gəlmişdi. Konqreslər Bürosunun hazırda 14 üzvü vardır (brend mehmanxanaları, turizm şirkətləri və s.).

Ötən il ərzində AKB rəsmi veb səhifəsini (www.azcb.com) və loqosunu yaradıb, işgüzar turizm sahəsi üzrə ixtisaslaşmış İMEX və EİBTM sərgilərində iştirak edərək bir neçə tədbirin Azərbaycana cəlb olunmasına nail olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR