"Qalatasaray" növbəti transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Trabzonspor"dan Luis Kavandanı heyətinə qatıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Anqola əsilli belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu transferə görə "Trabzonspor"a 1,8 milyon avro ödənəcək.


"Qalatasaray" yeni transferinin maaşını da açıqlayıb. Futbolçu hər mövsüm üçün 875 min avro maaş alacaq. Beləliklə, transfer İstanbul klubuna 4 milyon 425 min avroya başa gələcək (mükafatlar xaric).


Bundan başqa ona oynadığı hər Super Liqa və avrokubok matçı üçün 4 min avro mükafat veriləcək. Bu mükafatlar Kavanda start heyətində oynayacağı halda 100, sonradan oyuna çıxsa 50, ilk "18-lik"də yer alacağı halda 25 faiz hesablanacaq.


"Qalatasaray" belçikalı futbolçu aldı -   RƏSMİ


Qeyd edək ki, tam adı Luis Pedro Kavanda olan futbolçu 1991-ci ildə Anqolada dünyaya gəlib. Futbolun sirrlərini Belçikanın "Standard" və İtaliyanın "Latsio" klublarında öyrənib. 2010-cu ildə "Latsio"nun əsas heyətinə yüksələn müdafiəçi 2011-ci ildə "Torino", 2012-də "Bari"yə icarəyə verilib. 2015-ci ildə "Trabzonspor" onu 1,75 milyon avroya transfrer edib. Hazırda "Transfermarkt"ın 3,25 milyon avro dəyər qoyduğu Kavanda ötən mövsüm Türkiyə klubuna 27 rəsmi oyun keçirib.


Kavanda Belçikanın U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2015-ci ildə A milliyə çağırılan futbolçu 2 rəsmi matça çıxıb.


Fanat.Az