Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İspanaq və badımcanla piroq

İspanaq və badımcanla piroq

Date: 11 August 2016 07:05

Milli.Az ispanaq və badımcanla piroqun hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Şəffaf alma mürəbbəsi - FOTO

Tərkibi (6-8 pay): 

400 q qat-qat xəmir
200 q Filadelfiya pendiri (bərk pendirlə əvəzləmək olar)
200 q ispanaq 
1 badımcan
1 yumurta
2 diş sarımsaq 
duz
qara istiot
zeytun yağı

İspanağı yaxşıca yuyub suyunu çəkməsi üçün kağız salfetkanın üstünə düzün. 

Sarımsağı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun, ispanağı əlavə edib iki dəqiqə bişirin. Duz vurub ocaqdan götürün. 

Badımcanı fal-fal doğrayıb hər iki üzünü qırmızı rəng alanadək yağsız tavada qızardın, duz-istiot vurun. 

Kasada pendirlə yumurtanı qarışdırın. 

Xəmiri düzbucaqlı yayın. Gözəyarı 3 yerə bölün. İki kənarında paralel kəsiklər edin, ortasını bütöv saxlayın. Xəmiri perqament döşənmiş siniyə qoyun. Kəsiklərin bərabərində ortada badımcan dilimlərini düzün.  
İspanağı bərabər qaydada yayın. Üzərinə pendirli qarışığı çəkin. Əgər badımcan dilimləri qalıbsa, onu da üzərinə düzün. Sonra xəmirin iki kənarını ortada ağız-ağıza gətirib düyün kimi bitişdirin. Bu zaman əllərinizi isladın ki, xəmirin "tikişləri" açılmasın. 
Piroqun üzərinə zeytun yağı çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 
Süfrəyə isti-isti verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  İspanaq badımcanla piroq

RƏYLƏR


Top news