Yunanıstan avrodan imtina etsə, Almaniya bununla barışacaq

Yunanıstan avrodan imtina etsə, Almaniya bununla barışacaq
19:05 4 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın nüfuzlu Der Spiegel jurnalı hökumətdə adıçəkilməyən mənbələrə istinadla yazır ki, Yunanıstanın avrozonadan çıxmasına rəsmi Berlin münasibətini dəyişib.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, əvvəllər bunun qəti əleyhinə olan Almaniya hökuməti indi bildirir ki,zərurət yaransa, Yunanıstanın avrozonadan çıxmasının əleyhinə olmaycaq və yaranan vəziyyəti yoluna qoya biləcək.
 
Almaniya hökuməti Yunanıstanın avrozonadan çıxması variantını yanvarın 25-də Yunanıstandakı parlament seçkiləri ilə bağlı nəzərdən keçirir. Müxalifətin SYRİZA partiyası seçkini udsa, qənaət büdcəsinə son qoyacağını bildirir. Qənaət büdcəsi isə Yunanıstana verilən beynəlxalq yardımın əsas şərtidir.
 
2010-cu ildən bəri beynəlxalq kreditorlar Yunanıstana 240 milyard avro yardım ayırıblar. Əvəzində Yunıstandan sərt qənaət tələb edirlər.
 
Der Spiegel yazır ki, Almaniya kansleri Merkel və maliyyə naziri Schaeublenin fikrincə, Yunanıstan indi avrozonadan çıxa bilər. Onlar hesab edirlər ki, 2012-ci ildən bəri avrozonada vəziyyət dəyişib, ona görə Yunanıstanın çıxmağından avrozona ölkələrinə böyük ziyan dəyməyəcək.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR