Sıla ötən bazar günü İstanbulun Yenikapı ərazisində təşkil edilən "Demokratiya və şəhidlər" adlı mitinqlə bağlı növbəti dəfə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, "çeviriliş əleyhinəyəm, amma Yeikapıdakı şouya qatılmayacam" sözlərinə görə tənqid olunan ifaçı mövzu ilə bağlı çox danışmaq istəmədiyini söyləyib.

Sosial mediada etirazlara səbəb olan ifaçı: "Söylədiklərimin arxasındayam, hər kəs kimi mən də demokratiyanı müdafiə edirəm. Ancaq mən öz düşüncələrimi söyləmişəm", - deyə açıqlamasında qeyd edib.

Milli.Az