Şamaxıda qəza: 6 nəfər ölüb

Şamaxıda qəza: 6 nəfər ölüb
19:36 4 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxıda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük maşını 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCRDES” markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR