Xəbər verdiyimiz kimi, türkiyəli məşhur müğənni Sılanın İstanbulun Yenikapı ərazisində təşkil edilən "Demokratiya və şəhidlər" adlı mitinqini "şou" adlandrırmasından sonra iki konserti təxirə salınıb.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, müğənniyə qarşı davam edən kampaniyalara həmkarı Aylin Aslim etiraz edib.
Pop ulduz Sılanı dəstəklədiyini bildirib:
"Bazar günü mitinqə qatılan sənətçi dostlarıma səslənirəm. Ümid edirəm ki, belə addım atılmasına etirazlarını bildirəcəklər. Demokratiya üçün mitinqə gediblər, bu səbəbdən deyirəm".
Milli.Az
