Türkiyədə Həmrəylik Günü qeyd olundu (VİDEO)

Türkiyədə Həmrəylik Günü qeyd olundu (VİDEO)
20:01 4 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanın İstanbuldakı baş konsullugu tərəfindən İstanbulda böyük bayram tədbiri keçirildi.

ANS TV-nin məlumatına görə, tədbirdə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri olmaqla, qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin, qeyri-hökümət təşkilatlarının nümayəndələri, iş adamları, mədəniyyət xadimləri iştirak etdi. Baş konsul Həsən Zeynalov qonaqları salamlayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

Azərbaycanın Türkiyədə baş konsulu Həsən Zeynalov bayram münasibətilə xalqımızı ürəkdən təbrik edərək, birliyimizin daha da möhkəmlənməsini arzu etdi.

Bayram tədbirində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı incəsənət nümayəndələrinin iştirakı xüsusi rəng qatdı.

Xalq artisti Cahangir Zeynalov isə xalqımıza əmin-amanlıq, xeyir-bərəkət, iqtisadi bolluq, eyni zamanda Azərbaycan xalqına yaraşan sadət və ən önəmlisi Qarabağ üzərində qalibiyyət arzu etdi.

Musiqiçi Əlixan Səmədov da həmkarının təbrikinə qoşularaq, bütün Azərbaycan xalqın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, 2015-ci il bütün Azərbaycan xalqı üçün düşərli il olaracağını qeyd etdi.

Tədbir gecə saatlarına qədər musiqili əyləncəli proqramlarla davam etdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR