Xəbər vermişdik ki, 7 iyulda İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi” barədə “çevrilişə qarşıyam, amma şouya qatılmayacağam” yazan Sılanın bir neçə konserti ləğv edilmişdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük tənqidlərə məruz qalan ifaçıya Kırklareli bələdiyyəsindən dəstək gəlib.
Cümhuriyyətçi Xalq Partiyası (CHP) üzvü olan bələdiyyə sədri Mehmet Kesimoğlu Sılanı Kırklarelində konsert verməyə dəvət edib.
Qeyd edək ki, Bursa bələdiyyəsi Sılanın konsertlərini ləğv etmişdi.