Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir

Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir

Date: 13 August 2016 08:47

Qarpız çox faydalı giləmeyvədir. Qarpız sidikqovucu, ödqovucu, iltihabəleyhinə xüsusiyyətlərə malikdir, mübadilə proseslərə və qara ciyərin fəliyyətinə çox müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə aparır.
Qarpızın köməyi ilə orqanizmi əsaslı şəkildə şlaklar, toksinlər, ağır metalların duzları və s. ziyanlı maddələrdən təmizləmək mümkündür.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qarpız böyrəklərin ən xoşladığı məhsullardan biridir. Qarpız böyrəkləri qumdan və hətta kiçik daşlardan təmizləyir, iltihabla mübarizə aparır.
Qarpız həmçinin arıqlamağa da kömək edir. Bir çox diyetoloqlar qarpız pəhrizləri təqdim edir.
Sizə 1-günlük qarpız pəhrizi təqdim edirik. Belə pəhriz hər həftə, həftədə 1 dəfə olmaqla tutulmalıdır (məsələn, hər şənbə günü). Az bir müddətdən sonra siz həm çəkinin azalmasını, həm də orqanizmin daha sağlam və gümrah olmasını hiss edəcəksiniz.
Pəhriz üçün 1 ədəd 6-7 kq-lıq yaxşı yetişmiş qarpız götürülür. Belə qarpızdan təxminən 2 kq təmiz qarpız əti çıxır. Pəhriz üçün 2 kq qarpız əti lazımdır. Gün ərzində 5-6 dəfə təxminən 300-400 qr olmaqla  təmizlənmiş qarpız yeyin. Həmçinin gün ərzində istədiyiniz qədər təmiz su içə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, belə pəhriz şəkərli diabet, öd daşı xəstəliyi, ağır ürək və bəzi böyrək xəstəlikləri olan insanlar üçün əks göstərişdir. Əgər sizdə hər hansı xroniki xəstəlik varsa, pəhriz tutduqdan əvvəl sizə nəzarət edən həkiminlə və ya terapevtlə məsləhətləşin.

Milli.Az


Tags:  Qarpız pəhrizi arıqladır orqanizmi təmizləyir

RƏYLƏR


Top news