Əhmədinejat "Heydər babaya salam" oxudu (VİDEO)

Əhmədinejat "Heydər babaya salam" oxudu (VİDEO)
12:31 2 Mart 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

İranın sabiq prezidenti Mahmud Əhmədinejat türk dilində şeir oxuyub.

ANS PRESS-in məlumatına görə o, azərbaycanlı ustad şair Məhəmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" şeirindən bir neçə bəndi oxuyub. Çıxışı zamanı Mahmud Əhmədinejad zaldakılara müraciət edərək türk dilində "Sizlər mənim qəlbimdəsiniz" deyib. Türk dilində şeiri oxuyandan sonra isə konfrans iştirakçıları onu ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Türkiyənin sabiq baş naziri və akademiki professor Nəcməddin Ərbakanın vəfatının ildönümündə iştirak etmək üçün Türkiyəyə gəlib. Daha sonra o, Türkiyədə Esenyurtda Məhəmməd peyğəmbərin (s) qızı Xanım Zeynəbin (s.ə) doğum günü ilə bağlı keçirilən konfransda çıxış edib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=329140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR