Sarıqamış hərəkatından 1 əsr keçdi

Sarıqamış hərəkatından 1 əsr keçdi
20:17 4 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin bir çox şəhərində “Sarıqamış hərəkatı”nın 100-cü ildönümü yürüşlərlə qeyd edilib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Tokat, Ordu, Mersin, Qars və digər şəhərlərdə on minlərlə insan yürüşlərə qatılıb. Ordu şəhərində minə yaxın şəxs Sarıqamış döyüşündə həlak olanların xatirəsinə 7 kilometr yürüş keçirib. Analoji yürüşlər digər şəhərlərdə də baş tutub.
 
“Sarıqamış hərəkatı”nın anım mərasimləri bu gün və sabah davam edəcək. 1915-ci ildə Birinci dünya müharibəsi zamanı Rusiya ordusunun hücumunu dəf etmək üçün Osmanlı ordusu Sarıqamış bölgəsinə göndərilir. Lakin, orada başlayan şiddətli soyuqlar 90 min türk əsgərinin donaraq ölməsinə səbəb olur.
 
Sarıqamış döyüşündən sonra Türkiyənin şərq vilayətləri, Qars və Ərzurum Rusiya imperiyasının nəzarətinə keçmişdi.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR