2015-ci il - baş xəbərlərdə nə olacaq?

2015-ci il - baş xəbərlərdə nə olacaq?
20:27 4 Yanvar 2015
276 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni il başlayıb. 2015-ci ildə hansı məsələlər gündəmdə olacaq?

Milli.Az BBC-yə istinadən bildirir ki, 2015-ci ildə diqqət yenə də Orta Şərq və onun ətrafında baş verən hadisələrin qlobal nəticələrinə yönələcək.
İl bitərkən Pakistanda və Əfqanıstanda böyük təhlükəsizlik problemləri yaşanıb. 2015-ci ildə vəziyyət daha da gərginləşəcək. Pakistan, Hindistan və Əfqanıstan arasında daha yaxşı əlaqələr zəruri lakin çətin olacaq.
 
2015 bir çox yerdə İslamçı qruplara qarşı mübarizə üçün həlledici il olacaq.
 
ABŞ hərbi fəallığını azaltmağa çalışacaq lakin Prezident Obamanın cəhdlərinə baxmayaraq Amerika geri çəkilə bilməyəcək.
 
İraqda ABŞ İslam Dövləti qrupunun zəbt etdiyi şəhərləri geri qaytarmaq üçün İraq əsgərlərini gücləndirməyə çalışacaq. İraq parçalanmış olaraq qalacaq, elə Suriyada da onun kimi.

Əfqanıstan

Neft qiymətlərinin düşməsi nəticəsində baş verən iqtisadi təzyiqlərə görə dünya gücləri müttəfiqlərindən imtina etməyə vadar etməyəcək, lakin çıxış yolu tapmaq üçün təzyiq artacaq.
 
Neft istehsalçıları Suriya prezidenti Bəşər əl-Əsədin əsas müttəfiqləri olan Rusiya ilə İran münaqişənin tönzimləməsində yeni siyasi yanaşmalara nəzər salacaqlar. Qərb, Ərəb ölkələri və Türkiyə fərqli qüvvələri dəstəkləməyə davam edəcək və birləşmiş müxalifətə əngəl olacaq.
2015-ci il digər baxımlardan da həlledici bir ildir. İranın nüvə proqramı barədə sazişin imzalanacağını gözləmək olar. İsrail seçkilərindən sonra ABŞ Dövlət Katibi John Kerry İsrail-Fələstin danışıqlarını yenidən başlatmağa çalışacaq, hərçənd ki, irəliləyişlərin əldə olunmasını həddən aşırı gərginlik əngəlləyə bilər.
 
Suriyanı və Rusiyanı cilovlamaq
 
2015-ci il başladıqca Qərb diplomatları iki böyük çətinliklə üzləşir: Suriyanın çökməsindən yoluxmanın qarşısını almaq və dirçələn Rusiyanı dayandırmaq.
Birincisinə gəldikdə, əslində İranla nüvə razılaşması Orta Şərqdə yeni paradiqma yaradaraq Tehranı müttəfiq edə bilər.
 
İran
 
Qərblə İranın artıq ortaq düşməni var: bu Suriya və İraqdakı İslam Dövlətinin cihadçılarıdır. Hər iki tərəf razılaşma istəyir. Qərb İranın nüvə silahı əldə etməsi əleyhinədir, Prezident Ruhani isə sanksiyaların qaldırılmasını istəyir.
Bundan başqa Suriya prezidenti Bəşər əl-Əsəd gələcəyi haqqında suallar var. O, İranın əsas müttəfiqidir, amma Qərb ölkələrinin çoxu üçün o, kompromisin tərkib hissəsi ola bilməz.
 
Beləliklə ən ağlabatan nəticə, xaosun davam etməsidir. İran isə sanksiyalardan yan keçmək üçün başqa yollar axtaracaq.
Eynilə Rusiya ilə Ukrayna arasında razılıq əldə etmək, münaqişəni davam etdirməkdən daha üstün tutula bilər. Rusiyanın iqtisadi çətinliklərinə görə cənab Putin daha üzü yola ola bilər.
 
Ukrayna

Amma qarşılıqlı etimadın olmasına görə hər hansı müvəffəqiyyətə ümid çox azdır. Kiyev və Qərb qüvvələri Moskvaya dərin şübhə ilə baxırlar. Prezident Putin isə Qərblə əlaqələrin pisləşməsinə, Rusiyanın özünə daha çox arxalanmağa bir fürsət kimi baxır.
 
Ukraynanı Rusiya ilə sərhəddəki tanınmamış anklavlara ayıran de-fakto sərhəd artıq mövcuddur. Bu səpkidə 2015-ci ildə Dəmir Pərdəyə oxşar daha geniş lakin gözü görünməyən bir səddin yaradılmasını gözləmək olar.
 
Qərb Rusiyanı, cənab Putin isə Qərbi ittiham edəcək.
 
ABŞ-ı bum gözləyir, Avropada isə durğunluq hökm sürəcək və yaxud da vəziyyət daha da piləşəcək, Çini isə bilmək olmur. Qeyri-bərabərlik artacaq və bunun həllini heç kəs tapa bilməyəcək. Beləliklə daha çox adam siyasətə inamını itirəcək.

Hava zərbələri
 
2014-cü ildən mövcud münaqişələr dərinləşəcək və konfliktlər başlayacaq. Həm buna, həm də 2016-ci ildə ABŞ-da keçiriləcək seçkilərə görə Qərbin müdaxiləsi barədə debat intensivləşəcək.
 
Növbəti ABŞ prezidenti Buşun macəraçılığı ilə Obamanın sakitliyi arasında bir mövqe axtarmalı olacaq.
Avropa öz sərhədlərinə diqqətlə baxıb seçim etməli olacaq: əgər Ukrayna və Türkiyə heç vaxt qoşulmayacaqlarsa, Aİ yolunu dəyişməli olacaq. Digər siyasi layihələr kimi Aİ də genişlənməsə deflyasiyaya məruz qala bilər.
 
İnternet fəlsəfənin döyüş meydanına çevriləcək və gerontokratiyanı (daha qoca nəslin idarə etdiyi cəmiyyət) təşvişə salmağa davam edəcək.
 
Çin: Siyasi təmizləmə, sürətli inkişaf və internet idarəçiliyi
 
2015-ci ildə kommunist partiyasının vəziyyətə uyğunlaşması, prezident Si Dzinpinin yerdə qalan siyasi rəqiblərinin aradan qaldırılması və sinik bürokratik aparatı özünə işləməyə alışqanlığından tərgidtirmək məqsədlərinə xidmət edən korrupsiya əleyhinə kampaniya davam edəcək.
 
Çin iqtisadiyyatı 30 il ərzində yaranan yüksək artım modelindən ayıraraq "Yeni normal" məcraya yönləndirməyə çalışır. Hazırda islahatlara həmişəkindən daha böyük ehtiyac var lakin onların təxirə salınması, prosesi ləngidir.
 
Honq Konqun gələcək rəhbərinin seçilməsi qaydaları barədə qanunun yerli parlamentdə təsqdilənib-təsdiqlənməyəcəyi qeyri-məlum olaraq qalır.
Bütün təqdirlərdə Occupy hərəkatının aşkara çıxardığı ziddiyyətli probelmləri həll etmək asan olmayacaq.
 
Hava, torpaq və təmiz su problemləri uzun müddət ərzində əsas məsələ olaraq qalacaq. 2014-cü ildəki sammitdə Çin prezidenti havaya atılan tullantıların ixtisar olunacağını vəd edib və 2015-də keçəcək Paris konfransı yaxınlaşdıqca həmin vədlərin yerinə yetirilməsi baxımından irəliləyiş gözləmək olar.
Çinin texnologiya bazarı inkişaf etdikcə Facebook rəhbəri Mark Zuckerberg-in bu ölkəyə səfərini və sosial şəbəkəyə girişlə bağlı kompromislərə getməsini gözləmək olar.
 
Müdafiə sənayesində böyük bir dəyişikliklər nəzərə çarpır. Misal üçün Çinin atom sualtı qayıqları istismara verilir və onun hərbi sənaye kompleksi beynəlxalq silah bazarında payını artırmağa çalışır.
 
2015-də Çin Mərkəzi Asiya bölgəsində energetika, nəqliyyat və təhlükəsizlik sahəsində üstünlüyünü təmin etmək üçün diplomatik səylərini davam etdirəcək.
 
Şərqdən investisiya və Alibaba
 
İqtisadi qüdrətin Qərbdən Şərqə doğru keçdiyi bir məqamda 2015-ci il xüsusi əhəmiyyətə malikdir.
Çin bankları və şirkətləri sürətlə Qərbə doğru genişlənir. Onlardan bir çoxu artıq üstələdikləri Qərb şirkətlərini təqlid etmirlər.
 
İnternet satışları üzrə Alibaba şirkəti Amerikanın Walmart nəhəngilə rəqabət məsafəsini qısaldıb. 2015-ci ildə Alibaba dəyərinə görə dünyanın aparıcı 10 şirkətlər arasına daxil ola bilər.
 
Çinin əhəmiyyətli iqtisadi oyunçuya çevrilməsi sürətlə baş verib və o, Kanadadan sonra ABŞ iqtisadiyyatının ən iri investorudur.
 
Pekinin irimiqyaslı yatırımları bəzi Afrika ölkələri üçün müəyyən problemlərə səbəb olub və investisiyalara ehtiyacı olan Qərb eyni suallarla üzləşə bilər.
Bu arada bir çox Qərb paytaxtlarında deqloballaşma və biznesin ixtisarı müzakirə olunmaqdadır. Çox güman ki, maliyyə böhranından sonra peyda olan bu təmayül 2015-ci il ərzində də gündəmdə qalacaq.
 
2015-ci ildə süni intellekt, avrozona ölkələrində yeni çətinliklər gözlənilir. Eyni zamanda bu il Ebola vaksininin axtarışı baxımından əhəmiyyətli irəliləyiş əldə oluna bilər.
 
2015-də enerji daşıyıcılarının ucuzlaşmasına görə iqtisadi artım və ABŞ-dan müsbət iqtisadi xəbərlərin daxil olması da gözlənilir. Ümumiyyətlə 2015 ötən ilin sonu ilə müqayisədə daha nikbin iqtisadi və biznes əhval-ruhiyyəsilə seçiləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/53698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR