Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toyuq və spagetti ilə zapekanka

Toyuq və spagetti ilə zapekanka

Date: 15 August 2016 07:05

Milli.Az toyuq və spagetti ilə zapekankanın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 toyuq 
450 q spagetti
375 q bərk pendir
100 q bolqar pendiri
100 q şampinyon 
1  çimdik çili istiotu 
qara istiot
50 q soğan 
1 ç.q. duz

İri qazanı su ilə doldurub ocağın üzərinə qoyun. Qaynara düşəndə 8 hissəyə bölünmüş toyuğu içinə salın. Bir neçə dəqiqə iti odda bişirin, sonra ocağı azaldıb vam odda 30-45 dəqiqə bişirin. 
Toyuğu sudan çıxarın, 2 st. bulyon ayırıb bir kənara qoyun. 
Toyuq soyuyandan sonra bütün dərisini soyub sümüklərini çıxarın. 
Toyuq bulyonunda spagettini yarımbişmiş hala gələnədək qaynadın. 
Spagettini toyuq, 250 q pendir, doğranmış bolqar bibəri ilə qarışdırın. Duz-istiot vurun. Doğranmış göbələklə soğanı əlavə edin. Toyuq bulyonu da əlavə edib qarışdırın. Odadavamlı qaba yığıb üzərinə pendirin qalanını sürtgəcdən keçirin. 
Təxminən 45 dəqiqə bişirin. Əgər pendir bu müddət ərzində tez qızarıb yanmağa başlasa, üzərinə folqa çəkin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Toyuq spagetti zapekanka

RƏYLƏR


Top news