Türkiyəyə gəlin gedən azərbaycanlının dramı (FOTO)

Türkiyəyə gəlin gedən azərbaycanlının dramı (FOTO)
13:06 2 Mart 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə ailə quran azərbaycanlı qadının dramı görənlərin ürəyini dağlayır. ANS PRESS-in məlumatına görə, gözü yaşlı ananın kömək çağırışı yayılıb.

34 yaşlı Validə Həsənova 2010-cu ildə Kayseriyə turist kimi səfər edib. Burada 35 yaşlı Zeki Ejdər ilə tanışaraq ailə qurub.
Cütlüyün bu evlilikdən iki övladı olub - 3 yaşlı Zeynal və 2 yaşlı Zeynəb.

V.Hüseynovanın həyat yoldaşı 90 faiz əlil olduğu üçün indi ailə iqtisadi cəhətdən çətin vəziyyətdə qalıb. Qarlı şaxtalı hava şəraiti ilə bağlı olaraq ailənin yaşadığı köhnə evin dağılma təhlükəsi yaranıb.

Qadının sözlərinə görə, evlərini daima su basır, qışda siçovullar, yayda isə ilanların əlindən yaşamaq mümkün olmur. "Uşağımın ayağını siçovul yeyib. Çıxılmaz vəziyyətdə qalmışıq. Evin başımıza aşmasından qorxuruq. Mən Azərbaycan vətəndaşı olaraq belə yaşayışdan utanıram. Bizi qurtarın, evim xarabaya dönüb. Tavanımız dağılıb, uşaqların üstü başı suyun içindədir. Yalvarıram kömək edin. Biz sağ olmuşkən kömək etsinlər. Uşaqlarıma zərər gəlməsin deyə səhərə kimi oyaq oluram".







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=329091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR