Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaraciyəri təmizləyən 5 qida növü

Qaraciyəri təmizləyən 5 qida növü

Date: 16 August 2016 08:27

1. Limon suyu

Hər gün qaraciyərinizi təmizləmək və həzmi artırmaq üçün ilıq su ilə limon suyunu qarışdırıb için. Bu üsul həm maddələr mübadiləsini yaxşılaşdırır, həm sağlam həzmi dəstəkləyir, həm də qəbizliyin qarşısını alır.
 
2. Avokado
Avokado dünyada sağlamlıq və gözəllik üçün istifadə edilir və sağlam tәrzdә piylәrin yandırılması üçün ən uyğun tərəvəz olduğu bilinir. Bundan əlavə, qaraciyəri də qoruyur. Yaponiyada edilən bir araşdırmada, avokadonun qaraciyəri qalaktozamin və bənzəri toksinlərdən qoruduğu ortaya çıxmışdır.
 
3. Bol su
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qaraciyəri təmizləmənin ən yaxşı yollarından biri gündə 6-8 stəkan su içməkdir. Bu həmçinin böyrəklərin təmizlənməsinə və arıqlamağa köməkçi olur. Bədən hər zaman nəmli qalmalıdır, bunu təmin etmək üçün ən yaxşı yol isə, bol miqdarda su içməkdir. Bu səbəbdən də, su qaraciyəri təmizləmək üçün ən əhəmiyyətli yollardan biridir.
 
4. Sarımsaq
Bir diş sarımsaq çox mühüm tibbi xüsusiyyətә malikdir. O, immuniteti gücləndirir və bədəni bakteriya və viruslara qarşı qoruyur. Sarımsaq həmçinin sulfidlə zəngindir. Bu səbəbdən də, qaraciyərə birbaşa müsbət təsir göstərir.
 
5. Yaşıl çay
Qaraciyəri təmizləmək üçün yaşıl çayın möcüzəvi bir bitki olduğu sübut edilmişdir. Bundan əlavə, şişlərdən və hepatitdən qorunmaq üçün əla vasitədir. Tərkibindəki xüsusi maddə xərçəng ilə mübarizə aparır və qaraciyərdə yığılan yağların həll edilməsinə köməkçi olur.

Milli.Az


Tags:  Qaraciyəri təmizləyən qida növü

RƏYLƏR


Top news