"Valensiya"nın sabiq futbolçusu rəsmən "Qarabağ"da

"Valensiya"nın sabiq futbolçusu rəsmən "Qarabağ"da
14:05 2 Mart 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" bu gün növbəti transferini rəsmiləşdirəcək.

Milli.Az xəbər verir ki, bu barədə qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Onun sözlərinə görə, iki gün əvvəl danışıqlar üçün Bakıya gələn ispaniyalı futbolçu Dani Kuintana ilə razılıq əldə olunub və bu gün onunla müqavilə imzalanacaq.

"Valensiya"nın yetirməsi olan hücumçu ilə üç illik müqavilə imzalanacaq.

Qeyd edək ki, D.Kuintana "Valensiya"dan başqa, İspaniyanın "Rasinq", "Gimnastik" klublarında da çıxış edib. Cari mövsümün ilk yarısını Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən 28 yaşlı forvard "Qarabağ"a azad agent kimi keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/327398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR