AŞPA-dan Bakıya qonaq gəlib

AŞPA-dan Bakıya qonaq gəlib
14:06 2 Mart 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinskinin və Pedro Aqramuntun bu gündən Azərbaycana səfəri başlayıb.

ANS PRESS-in xəbərinə görə, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 3-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, eləcə də Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü nəzərdə tutulur.

Onlar Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=329160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR