Bu restoranda bahaçılıq və üfunətdir - FOTO

Bu restoranda bahaçılıq və üfunətdir - FOTO
21:12 4 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Bir çoxumuz bayramlarda, tətil günlərimizdə rayonlara, qonşu ölkələrə avtobusla, şəxsi avtomobillərimizlə səyahət edirik.
 
Biz də Yeni il tətilindən istifadə edib, Gürcüstanın paytaxtı Tiflisə yollandıq.
 
 
Doqquz saatlıq səfərimiz zamanı bir neçə dəfə avtobusumuzu saxlayaraq, fasilə edirdik. Yol kənarında olan restoranlar fasilə etmək üçün ən ideal yerlər idi.
 
Yol kənarında olan kafe və restoranların vəziyyəti heç də ürək açan deyildi. Misal üçün Kürdəmir rayonunda dayandığımız "Qafqaz" restoranı.
 
Təbii ki, bu üfunət iyi verən yerə nə qədər restoran adı vermək olardısa... Xülasə... Restorana daxil olan kimi, dərhal bayıra çıxmalı olduq. Çünki içəridən ürəkbulandırıcı qoxu gəlirdi. Yenidən burnumuzu tutaraq içəri daxil olduq.
 
 
Çay sifarişi etdik. Çay gələnə qədər masanın üzərini təmizləməklə məşğul idik. Çünki masanın üzərində olan toz, çirk bizim çay içmək kefimizi pozurdu. Təqribən 10 dəqiqə sonra ofisiant stəkanları başımıza atırcasına masaya qoydu. Stəkanlarda bizdən əvvəlki müştərilərin barmaq və ağız izləri açıq-aşkar görünürdü.
 
Stəkanları özümüz təmizləyib, çayımızı içdik. Hesabı istəyəndə də, bizə kələk gəlmək istədilər. Bir manat qiyməti olan çaya görə, bizdən ikiqat qiymət istədilər. Görünən budur ki, yol kənarındakı restoran və kafelərin əsas iş prinsipləri müştərilərinə mümkün qədər çox pul "atmaq" idi. Hətta kafenin girişindəki balaca piştaxta üzərindəki satılan hər şey, nədənsə 2 manatdan ucuz deyildi.
 
 
Ayaqyolundan isə danışılası deyil. Burnumuzu tutmadan, ayaqyoluna daxil olmaq mümkün deyildi. Üfunət iyi o qədər dəhşətlidir ki, insanın yaddaşı belə silinə bilər. Mətbəx barəsində isə bir söz demək olar. Mətbəxdə istədiyiniz həşəratlarla qarşılaşa bilərsiniz.
 
Bir sözlə, əgər avtobusla səyahətiniz zamanı bu kafedə dayansanız, sizi nələrin gözlədiyini bildiniz. Avtobus sürücüləri ilə kafelərin maddi anlaşmaları sərnişinlərin belə "xidmət" görməsinə səbəb olur.
 
 
Nəzərə alsaq ki, burada gün ərzində yüzlərlə insan yemək yeyir, restoran sahiblərinin gəlirləri heç də az deyil. Deməli əgər istəsələr daha yaxşı xidmət göstərə bilərlər. Üstəlik burada dayanan sadəcə azərbaycanlılar deyil, həm də başqa ölkələrdən gələn turistlərdir. Onlara bu formada "xidmət" etmək olarmı?
 
Kafedə əyləşən vətəndaşlar da mövcud vəziyyətdən şikayət edirdilər: "Belə şey olmaz. Hər şey bahadır. Buna da dözmək olar. Amma həm bahadır, həm də natəmiz. Hər tərəf kir, çirkab içindədir. Xidmət çox pisdir. Təmiz biabırçılıqdır. Sürücülər belə yerlərlə razılaşıblar. Hər kafe və restoranlardan pul alırlar. Onların və rəislərinin cibləri dolacaq deyə, biz natəmiz yerlərdə yemək yeməli deyilik".
 
musavat.com
Böyütmək üçün şəkillərə klikləyin


 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR