Sergey Lavrov və Con Kerri Cenevrədə Ukraynanın şərqindəki vəziyyəti müzakirə edirlər

Sergey Lavrov və Con Kerri Cenevrədə Ukraynanın şərqindəki vəziyyəti müzakirə edirlər
14:08 2 Mart 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 2 mart, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri İsveçrənin Cenevrə şəhərində bir araya gəliblər.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, görüşün əsas mövzusu Ukraynadakı vəziyyət, Minsk razılaşmalarına əməl edilməsi olsa da, tərəflər, həmçinin Yaxın Şərqdə və Şimali Afrikadakı vəziyyət, İranın nüvə problemi ətrafında danışıqlarla bağlı da müzakirələr aparacaqlar.
“President Wilson” otelində başlayan görüş bağlı qapılar arxasında keçirilir.
Qeyd edək ki, bu, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin başçılarının bu il keçirilən ikinci görüşüdür. Keçən il isə Sergey Lavrov və Con Kerri arasında 15 dəfədən çox görüş olmuşdu.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sergey_Lavrov_ve_Con_Kerri_Cenevrede_Ukraynanin_serqindeki_veziyyeti_muzakire_edirler-836020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR