Terrorçulara yardım etməkdə ittiham edilən azərbaycanlı saxlanıldı

Terrorçulara yardım etməkdə ittiham edilən azərbaycanlı saxlanıldı
14:21 2 Mart 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq terror təşkilatını maliyyələşdirməkdə ittiham olunan azərbaycanlı şəxs saxlanılıb.

ANS PRESS-in məlumatına görə, istintaq zamanı məlum olub ki, İŞİD-ə maliyyə yardımı edən şəxs Rusiyanın Lipetsk vilayətinin sakini, alma satan azərbaycanlıdır.

Rusiya hüquq mühafizə orqanlarının araşdırmasından sonra sözügedən şəxs haqqında "Terror fəaliyyətinə yardım" maddəsi ilə cinayət işi qaldırıb.

İlkin məlumata görə, azərbaycanlı iş adamı əldə olunan vəsaiti Türkiyədəki terrorçu ekstremist təşkilata ötürürmüş.

Qeyd edək ki, azərbaycanlı satıcını 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (8500 AZN) məbləğində cərimə gözləyir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=329166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR