BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib

BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib
14:37 2 Mart 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Mart 2015 14:32 ]


Bakı - APA. Bu gün BDU-nun Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib.

 

BDU Mətbuat və İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, konfransın məruzəçiləri - fakültənin dekan müavini, dosent Sevinc Əliyeva “Milli-mənəvi dəyərlərin qoruyub saxlaması və bu məsələdə gənc yazarların rolu”, Beynəlxalq jurnalistika kafedrasının müəllimi, filologiya elmləri namizədi Vüqar Əliyev “Milli-mənəvi dəyərlərin globallaşma şəraitində qoruyub saxlaması və onlara mediada əməl edilməsi problemi”, elmi işçi Samir Mirzəyev isə “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyət istiqaməti və mediada təbliğat formaları” mövzularında çıxış ediblər.

 

Məruzələr auditoriya tərəfindən maraqla qarşılanıb, verilən suallar natiqlər tərəfindən cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/374583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR