Maaş nigaranlığına son

Maaş nigaranlığına son
14:46 2 Mart 2015
92 Sosial
Ölkə mətbuatı
A- A+

Son günlər müəllimlərə məvaciblərin artımla deyil, köhnə qaydada hesablanacağı ilə bağlı informasiya yayılır. Artıq bir neçə gündür ki, bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumatlar daxil olur. Məlumatda məktəblərin mühasibatlığına bununla bağlı məlumat daxil olduğu və müəllimlərə maaş artımım qüvvədən düşdüyü deyilib.

Məsələni araşdırmaq məqsədilə Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik. Qurumuz mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib: "Müəllimlərin maaş artımı məsələsi ilə bağlı sualınıza cavab olaraq bildirirəm ki, ölkə başçısının Sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilmişdir.
Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanmış, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri arasında razılaşdırılaraq Hökumətə təqdim edilmişdir. Yeni norma tətbiq ediləndən sonra, belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaqdır.
Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixdən hesablanıb ödəniləcək."
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=329173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR