Əli Həsənov: Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirir

Əli Həsənov: Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirir
14:53 2 Mart 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 2 mart, AZƏRTAC
“Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Bu ölkə faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanın girov götürülmüş azərbaycanlılarla bağlı mövqeyinə münasibət bildirərkən deyib.
Əli Həsənov qeyd edib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır. “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, bu tipli siyasi dünyagörüşü ilə dövlət qurmaq, dövləti idarə etmək olmaz. Əgər Ermənistan dövləti sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırsa, heç olmasa öz xalqının maraqlarını nəzərə alsın. Ermənistan xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_Hesenov_Ermenistan_qeyri_konstruktiv_movqeyini_davam_etdirir-836033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR