“IKEA” öz mebelinə simsiz enerjidoldurma funksiyası inteqrasiya edir

“IKEA” öz mebelinə simsiz enerjidoldurma funksiyası inteqrasiya edir
14:56 2 Mart 2015
Ölkə mətbuatı
A- A+

İstifadəçilər öz mobil qurğularını sadəcə “IKEA” şirkətinin istehsalı olan mebelin üstünə qoymaqla enerji ilə doldura biləcəklər. İsveç şirkəti tezliklə daxili simsiz enerjidoldurma funksiyasına malik mebelin satışına başlayacaq.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün simsiz enerjidoldurma funksiyasına malik mebel aprelin ortalarında satışa çıxarılacaq. Böyük Britaniyada belə mebel 30 funt-sterlinq (46 ABŞ dolları) qiymətinə satılacaq. Bu haqda “IBTimes” nəşri yazıb.

Simsiz enerjidoldurma texnologiyası artıq bəzi smartfon sahiblərinə (“Samsung Galaxy S5”, “Note 4” və “LG G3”) əlçatandır. “IKEA” şirkəti dünyada geniş pərakəndə mağazalar şəbəkəsinə malikdir. Əgər belə böyük şirkət “Wireless Power Consortium” konsorsiumu tərəfindən hazırlanmış “Qi” standartını öz mebelinə inteqrasiya etsə, o zaman smartfon istehsalçıları da bu addımı atmalı olacaqlar.

Xatırladaq ki, “Wireless Power Consortium” konsorsiumuna 200-dən çox şirkət daxildir.


Emil Hüseynov
 

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35614-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR