Siyavuş Novruzov: "AXCP-nin bütün üzvləri partiyadan uzaqlaşıblar"

Siyavuş Novruzov: "AXCP-nin bütün üzvləri partiyadan uzaqlaşıblar"
14:57 2 Mart 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Razi Nurullayevin AXCP-dən istefa verməsinə münasibət bildirib.

YAP-çı deputat publika.az-a açıqlamasında deyib ki, Razi Nurullayev savadlı və təhsil almış bir insandır:

“Bu yaxınlarda o AXCP ilə bağlı hər şeyi açıqlayıb dedi. Bildirdi ki, AXCP xaricdən və erməni lobbisindən maliyyələşir. Amma Əbülfəz Elçibəy vətənpərvər adam idi, Vətənini sevən idi. O, ömründə heç zaman xaricdən və erməni lobbisindən maliyyə almağa getməzdi. Əbülfəz Elçibəy öz xalqına, dövlətinə və millətinə qarşı heç zaman bu cür hərəkətlər etməzdi. Ona görə də AXCP-ni Əli Kərimliyə etibar etmək olmaz. Çünki AXCP Azərbaycan tarixinin bir hissəsidir. AXCP-də sədr Azərbaycan xalqını, dövlətini və millətini sevən biri olmalıdır”.

S.Novruzov qeyd edib ki, vaxtilə Əbülfəz Elçibəyin bütün müavinləri özlərinə siyasi partiya yaratdılar: “Bir nəfər partiya yaratmamış qalan Əli Kərimli oldu. Onun üzündən də AXCP-nin bütün üzvləri partiyadan uzaqlaşıblar”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/327416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR