Ana övladı üçün yalvarır: "İmkanım çatmır övladımı müalicə etdirməyə" - FOTO

Ana övladı üçün yalvarır: "İmkanım çatmır övladımı müalicə etdirməyə" - FOTO
15:05 2 Mart 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Balasının ağır durumu ananı çıxılmaz vəziyyətə salıb.

Oğuz rayonunun ucqar bir kəndindən Milli.Az-a balasının xilası üçün kədərli məktub ünvanlayıb. Rayon sakini Sona Əhmədova yazır ki, oğlu İlham 2009-cu ilin sentyabr ayında anadan olub. Doğuş zamanı həkimlərin səhlənkarlığı ucbatından travma alıb və serebral iflic olub. Doğulan gündən müalicə götürür. İranadək aparılıb, artıq 3 ildir, həkimlər əməliyyat olunmasının vacib olduğunu deyirlər. Əməliyyatdan sonra isə güclü reabilitasiya aparılmalıdır.

“İmkanım çatmır övladımı müalicə etdirməyə. Oğlum 6 yaşın içərisindədir, gəzmək istəyir, gəzə bilmir, əsəb keçirir... Ana kimi Azərbaycan xalqından, kömək göstərmək imkanı olan şəxslərdən xahiş edirəm ki, mənim övladımın müalicəsinə köməklik etsinlər. Dövlətimizdən də kömək istəyirəm. Mənim imkanım çatmır ki, serebral iflic xəstəsini ayağa qaldırım. İndiyədək uşağa verilən müavinətlə aparıram onu müalicəyə. Dönə-dönə xahiş edirəm, mənim övladıma kömək edəsiniz”, - deyə ana yardım istəyir.

Gülər
Milli.Az





 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/327417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR