Millimizin Malta ilə oyununun biletləri satışa çıxarıldı

Millimizin Malta ilə oyununun biletləri satışa çıxarıldı
15:09 2 Mart 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Malta oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, martın 28-də baş tutacaq qarşılaşmanın biletlərini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına  Respublika stadionu, həmçinin "Bakcell Arena"nın kassalarından da əldə etmək olar.

 

Oyunu izləmək istəyənlər Üzeyir Hacıbəyli küçəsində yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzindən də bilet ala bilər. Qiymətlər tribunalardakı yerlərdən asılı olaraq 2, 4, 6 və ya 20 AZN məbləğindədi.

 

Qeyd edək ki, Azərbaycan – Malta oyunu saat 21:00-da başlayacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/195011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR