Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Viaqranı əvəz edən TƏRƏVƏZ

Viaqranı əvəz edən TƏRƏVƏZ

Date: 17 August 2016 11:15

Mütəxəssislər cinsi gücü artıran dərmanların istifadəsinin dayandırılmasını və onu əvəz edən tərəvəzlərə üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.

"Viaqra" kimi cinsi aktivliyi artıran tərəvəzlərdən də biri qovundur. Belə ki, aparılan araşdırmalar yemişin kimyəvi tərkibinin çox zəngi olduğunu ortaya çıxarıb. Burada sellüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var. Bununla yanaşı, yemişin qoxusunun kişilərdə cinsi istəyi və aktivliyi artırdığını bildirilir. Yeməkdən öncə yeyilməli olan bu bostan meyvəsi həmçinin rahat yatmağa da səbəb olur.

Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.

Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Yemiş və xüsusilə yemişin şirəsi əla sidikqovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir.

Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır.

Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə (tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir.

Mənbə: Qadinlar.biz


Tags:  Viaqra Qovun Cinsi gucu artiran dermanlar

RƏYLƏR


Top news