İlin filmi seçildi

İlin filmi seçildi
21:57 4 Yanvar 2015
271 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Milli Kinotənqidçilər Cəmiyyəti (National Society of Film Critics, NSFC) isveçrəli rejissor Jan-Lük Qodarın "Əlvida, dil" (Goodbye to Language) lentini "2014-cü ilin ən yaxşı filmi" tituluna layiq biliblər.
 
Milli.Az NSFC-nin saytına istinadən bildirir ki, 84 yaşlı Qodarın çəkdiyi film ərli qadın, tənha kişi və köpəkdən bəhs edir.
 
"İlin aktyoru" nominasiyasında regissor Mayk Linin çəkdiyi və britaniyalı rəssamdan bəhs edən "Uilyam Törner" lentində baş roluna görə Timoti Spoll qalib gəlib.
"Ən yaxşı aktrisa" isə "Mühacir, iki gün, bir gecə" (The Immigrant; Two Days, One Night) fimlindəki baş rola görə fransız Marion Kotiyar olub.
 
Rejissor Riçard Linkleyter "Yeniyetməlik" (Boyhood) filminə görə "İlin ən yaxşı rejissoru", Ues Anderson isə "The Grand Budapest Hotel" filminə görə "İlin ən yaxşı ssenarisi" mükafatlarını alıblar.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/53680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR