ABŞ Pakistanda 7 terrorçu öldürdü

ABŞ Pakistanda 7 terrorçu öldürdü
22:01 4 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistanın Şimali Vəziristan əyalətində terrorçuların zərərsizləşdirilməsi ilə məqsədi ilə əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, keçirilən əməliyyatda azı yeddi terrorçu məhv edilib.

“Təhrik-i-Taliban Pakistan” qruplaşmasının üzvləri əyalətdəki bazada görüş keçirərkən Amerika pilotsuz təyyarəsi binaya iki zərbə endirib.

Digər bir məlumatda bildirilir ki, yeddi terrorçudan əlavə qruplaşmanın bir lideri və daha üç üzvü öldürülüb.

Xatırladaq ki, ötən ilin sonlarında terrorçuların Peçavarda hərbi məktəbə hücumu nəticəsində 148 şagird və müəllim həlak olmuş, 300 nəfər isə yaralanmışdı. Bundan sonra ölkədə terrorçuların məhv edilməsi istiqamətində aparılan əməliyyatlar gücləndirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR