İki yanğın oldu

İki yanğın oldu
22:32 4 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Digər yanğın isə Şəmkir rayonunda baş verib.
 
Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
 
Yanğın saat 12:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/53686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR