Məşhur "Victoria's Secret" brendi yeni alt paltarı kolleksiyalarından birini "Perfect Body" adlandırmış, sessiyaya sısqa, çəlimsiz modelləri cəlb etmişdi.
Bu fotosessiya qalmaqal yaratmışdı, çünki "90-60-90" tələbi absurd sayılmışdı.
Milli.Az bildirir ki, fotoqraf Leyn Braynt da həmin sessiyaya "İ Am No Angel" sessiyası ilə cavab verib.
Sessiyaya "plus-size" modellər Eşli Qrem, Markita Prinq, Kendis Haffin, Viktoriya Li, Castin Leqo və Elli Meydey çəkiliblər.
Milli.Az














