Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb, 1 793 nəfər müəllim adını qazanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb, 1 793 nəfər müəllim adını qazanıb
12:42 19 Avqust 2016
473 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdilirmiş qaydada keçirilən müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2 371 nəfər dəvət olunub.
Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib.
Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər 30 avqustadək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Nazirlikdən bildirilib ki, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Məlumata görə, növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/muellimlerin-ise-qebulu-uzre-musabiqe-basa-catib-1-793-nefer-muellim-adini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR