Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qidalar saç tökülməsinə səbəb olur! - SİYAHI

Bu qidalar saç tökülməsinə səbəb olur! - SİYAHI

Date: 24 August 2016 07:12

Saç tökülməsi həm müasir qadınları, həm də kişiləri narahat edən ciddi problemlərdəndir. Vitamin çatışmazlığı, stress, yanlış qulluq, səhhətinizdəki bəzi problemlər, mövsüm dəyişikliyi saçların uzanmasına imkan vermir, hətta bəzən dazlaşmaya gətirib çıxarır. Bundan əlavə, elə məhsullar da var ki, onlar saçın inkişafına zərər verir.

Milli.Az publika.az-a istinadən saçlara zərər verən qidaların siyahısını təqdim edir:

1. Yağlı balıq
 
Balığın əfsanəvi gücü və faydası haqqında bilməyən yoxdur. Onun tərkibindəki Omeqa 3 yağı dəri üçün olduqca faydalıdır. O cümlədən də saç üçün xeyirlidir. Amma balığın həddindən artıq  yağlı sortlarında "merkuri" adlanan maddə var. Yağlı balıq çox yedikdə bu maddə sinkin mənimsənilməsinə, saçların uzanmasına mane olur. Odur ki, balığın orta yağlı sortunu seçin və suşi çox yeməyin.
 
2. Şəkər
 
Məlumdur ki, şəkər bədənə ziyan vurur və dəriyə pis təsir göstərir. O, cümlədən bizim ən çox sevdiyimiz şirniyyatlar kişi hormonlarının səviyyəsini artırır və saç folekullarını zəiflədir. Bu zaman saçlar öz sağlamlığını və gücünü itirir, uzanması ləngiyir.
 
3. Detoks sevdası
 
Detoks sağlamlığımız üçün effektlidir, amma ona başlamazdan əvvəl saçların vəziyyətini nəzərə almalıyıq. Əgər həddindən artıq saç tökülməsi kimi probleminiz varsa, detoks məsləhət deyil. Orqanizmi təmizləyən detoks zülalı yuyub aparacaq və saça yalnız ziyan vuracaq. Unutmaq lazım deyil ki, zülal saçların sağlam olmasında böyük rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, gündə 2 stəkandan artıq yaşıl çay içmək də saç tökülməsinə səbəb olur.
 
4. Sıyıq və makaron
 
Hər tük 80 faiz zülal olan keratindən ibarətdir. Kifayət qədər zülallı qidalar qəbul etməmək , saçı ehtiyacı olan maddələrdən məhrum etmək deməkdir. Məsələn, əti makaron və sıyıqlarla əvəz etdikdə bu məhsulların qlisemik indeksinin yüksək olduğunu da nəzərə alın. Çox şəkər, çox karbohidrat və az zülal nəticəsində saçlar sönük və cansız olur, tökülməyə başlayır.
 
5. A vitamininin bolluğu
 
Faydalı və zəruri olan A vitaminini böyük dozalarda qəbul etdikdə saç folekullarına pis təsir göstərir. A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin və dırnaqların sağlam qalmasını təmin edir. Diş və diş əti üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Həmçinin öskürəyə də faydalıdır. Lakin A vitamini ilə zəngin olan kök, brokkoli, bibər kimi meyvə və tərəvəz pəhrizini saxlamaq saçlara heç də müsbət təsir göstərmir.
 
Ümumiyyətlə, saç tökülməsi kimi ciddi problemlərdə həkim, trixoloqa müraciət etmək məsləhətdir. Amma həkimə baş çəkməyə vaxtınız və imkanınız yoxdursa, bizim məsləhətlərimizi nəzərə alın.
 
Saçları möhkəmləndirən və tez uzadan duz maskası
 
Saçların kəskin tökülməsi ilə mövsüm dəyişikliyi zamanı daha çox qarşılaşırıq. Lakin xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün sehrli üsullar, maskalar və faydalı qidalar var.  Bu baxımdan duz maskası saçlar üçün əla vasitədir. Saçların uzanmasını stimullaşdıran duz maskasının resepti çox sadədir: 2 xörək qaşığı xırda dəniz duzunu hər biri 1 çay qaşığı olmaqla badam, zeytun və buğda toxumu yağı ilə qarışdırın. Bu qarışıq saç dərisinin qan dövranını yaxşılaşdırır, saç diblərini qıcıqlandırır. Bu da saçların sağlam və daha tez uzanmasına şərait yaradır. Maskanı 20 dəqiqə saçda saxladıqdan sonra saç diblərini masaj edərək şampunla yuyun.
 
Saçları möhkәmlәndirәn vә qalınlaşdıran duz maskası
 
Bu maskaları hazırlamaq üçün yarım fincan xörәk duzu vә ya dәniz duzu, yarım stәkan bal vә ya konyak götürüb  qatmaq lazımdır. Alınmış qarışığı kip qapaqlı qaba töküb 3 hәftә saxlayın. Bu saç maskası deyilən müddәt tamam olduqdan sonra istifadәyә yararlı ola bilәr! Hazır olanda maskanı baş dәrisinә vә saçlarınıza çəkin. 30 dәqiqәdәn sonra yuyun. Belә maskalar saçları parıldadır, sağlam görünüş bәxş edir vә әn әsası­ yağlılığını aradan qaldırır.

Milli.Az


Tags:  qidalar saç tökülməsinə səbəb olur SİYAHI

RƏYLƏR


Top news