Mütəxəssislər sosial şəbəkələrdəki ən populyar brendlərin adlarını açıqlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "FashionUnited" portalında 2016-cı ilin birinci yarısının nəticələrinə əsasən sosial şəbəkələrdəki ən populyar brendlərin reytinqi açıqlanıb.

Siyahı tərtib olunarkən mütəxəssislər sosial şəbəkələrdə şirkətlərin səhifələrinin abunəçi sayını və statuslarda, şərhlərdə brendlərin adlarının nə qədər hallanmasını nəzərə alıblar. Tədqiqat "Twitter", "Instagram" və "Facebook" kimi sosial şəbəkələrin istifadəçiləri arasında aparılıb.

Reytinqdə ilk sıranı "Nike" şirkəti tutub. Dünya şöhrətli brend idman ayaqqabıları və idman geyimləri istehsal edir.

İkinci yerdə daha bir populyar idman markası - "Adidas" şirkəti qərarlaşıb. Liderlərin ilk üçlüyünü isə ABŞ-ın ev geyimləri və alt paltarı istehsalçısı "Victoria's Secret" şirkəti tamamlayır.

Reytinq cədvəlinə "Chanel", "Zara", "Dior", "Gucci", "Louis Vuitton", "Burberry" və "Prada" kimi brendlər də daxil olub.

Milli.Az