Nepalın Bhaktapur şəhəri yaxınlığında 12 metrlik dərənin yaxınlığından keçən avtobus dərəyə aşıb. Avtobusda toy mərasiminə gedən ən azı 36 qonaq yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Himalayan Times qəzeti məlumat yayıb.

Polis nümayəndəsi bildirib ki, avtobus ölkənin paytaxtı Katmanduya istiqamət götürmüşdü.

Xəsarət alanlar Bhaktapur xəstəxanasına çatdırılıblar.

Baş verən hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az