Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kokoslu-giləmeyvəli piroq

Kokoslu-giləmeyvəli piroq

Date: 26 August 2016 07:05

Milli.Az kokoslu-giləmeyvəli piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

3/4 fincan otaq temperaturunda yağ
1 3/4  fincan + 1 x.q. un 
2 ç.q. qabartma tozu
1/2 ç.q. duz
1 fincan kokos yonqarı 
1 fincan + 1 x.q. şəkər tozu
3 iri yumurta
3/4 fincan qatıq 
2 ç.q. laym sedrası
2 x.q. laym şirəsi 
3 fincan giləmeyvə: moruq, qaragilə, çiyələk və s.
3 x.q. rom, yaxud portağal şirəsi 

1 fincan = 250 ml

Sobanı 175 dərəcə qızdırın. Formanı (23x33 sm) yağlayın. 

1 3/4 fincan unu, kokosu, qabartma tozu və duzu qarışdırın. 

Mikserlə 1 fincan şəkər tozunu yağla çalın. Tədricən yumurtaları əlavə edin. Üç dəfəyə unu əlavə edin, arada qatıq qatın, sedra və laym şirəsi əlavə edin. Xəmiri formaya qoyub üzərini hamarlayın. 

Giləmeyvəni 1 x.q. un, 1 x.q. şəkər tozu, rom (yaxud portağal şirəsi) ilə qarışdırın, xəmirin üzərinə düzün. 35 dəqiqə bişirin, şəbəkənin üzərində soyudun. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Kokoslu-giləmeyvəli piroq

RƏYLƏR


Top news