Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və 2 saylı "ASAN xidmət" mərkəzinin ASAN könüllülərinin "Ekologiya" adlı K-55 qrupunun təşkilatçılığı ilə "Bir ovuc yem" adlı layihənin təqdimatı keçirilib.
Milli.Az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, təqdimat Binəqədi rayonunun Azadlıq prospektində keçirilib.
Təqdimatda ASAN könüllüləri tərəfindən quş yuvaları ilə birgə yem qabları da hazırlanıb və rayonun Azadlıq prospekti boyunca ağaclara yerləşdirilib.
Milli.Az