Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaysı qurusunun faydaları

Qaysı qurusunun faydaları

Date: 27 August 2016 07:52

Bütün başqa quru meyvələr kimi, qaysı qurusunun da tərkibində çox sayda vitamin və minerallar vardır. O cümlədən: C, A, K vitamini, karotin, dəmir, kalium... 3 ədəd qaysı qurusu yemək 50 kalori enerji gətirər. Quru meyvələr uzun müddət istifadə olunmağa yararlı olduqları üçün, onları hər bir fəsildə əldə etmək mümkündür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qaysının tərkibində faydalı liflər vardır, o cümlədən: pektin lifləri kimi. Bu maddə həzm borusunda yağ turşularına qarışar və onları dəf edər. Nəticədə isə qandakı pis xolesterinin səviyyəsi aşağı düşər. Bu liflər xərçəng və diabet xəstəlikləri üçün də faydalıdır. Qaysı qəbizliyi də aradan qaldırar. Gün ərzində 6 və 8 dənə qaysı yemək qəbizliyə faydalı təsir qoyar.
Qaysının tərkibində kalium deposu vardır. Quru qaysıda olan kalium təzə qaysıda olandan daha çoxdur. Kalium bədənə lazım olan mühüm maddələrdən biridir. Kalium ürək sağlamlığı və qan təzyiqinin normada olması üçün faydalıdır. Bu maddə ürək fəaliyyəti, əzələ quruluşu və bədənin təbii inkişafı üçün zəruridir.
Qaysının tərkibində dəmir vardır. Qaysının tərkibində olan dəmir qan azlığının qarşısını alar və əsəb sistemini də gücləndirər.
Qaysının tərkibində A vitamini vardır ki, bu vitamin yağlarda həll olan vitaminlərdəndir. Anti-oksidant sayılır. A vitamini görmə qabiliyyətini yaxşılaşdırar, hüceyrələrin fəaliyətini tənzim edər, sümükləri bərkidər və immun sistemini gücləndirər.
Qaysının tərkibində olan C vutamini ən faydalı anti-oksidantlardan hesab olunur. C vitamini dişlərin, sümüklərin, dərinin sağlamlığı üçün zəruridir və dəmirin cəzb olmasına yardım edər.
Qaysının tərkibində olan K vitamini qanın normal laxtalanmasına yardım edər və qanaxmanın qarşısını alar. Gün ərzində bir fıncan qaysı yemək 4 mikroqram K vitaminini təmin edər.
Qaysı qurusu vitaminlərlə yanaşı həm də güclü anti-oksidantlarla zəngindir. Bu meyvə qurusu xərçəng xəstəliyi ilə mübarizə aparar və ürəyi sağlam edər.
Qaysının tərkibində olan kalsium sümükləri bərkidər və sümük ovulmasının qarşısını alar.

Milli.Az


Tags:  Qaysı qurusunun faydaları

RƏYLƏR


Top news