Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şirin kartofun faydaları - ARAŞDIRMA

Şirin kartofun faydaları - ARAŞDIRMA

Date: 27 August 2016 08:57

Şirin kartof sağlamlıq üçün çox faydalıdır. Şirin kartof müxtəlif ölçülərdə və rənglərdə olur. Bəzən ağ, sarı və ya narıncı olur. Tərkibində kalium, karotin, C vitamini və faydalı liflər vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şirin kartofun tərkibində anti-oksidantlar vardır. Anti-oksidantlar elə maddələrdir ki, bədəni xəstəliklərdən qoruyar.
Şirin kartofun tərkibində maqnezium vardır. Bu maddə sayəsində bədən gün ərzində şad və enerjili olur. Maqnezium sizə yardım edir ki, sümükləriniz möhkəm və dayanıqlı olsun.
Şirin kartofun tərkibində olan karotin maddəsi immun sistemini gücləndirər və A vitaminini hasil edər. Bu vitamin gözün sağlam olması üçün zəruridir.
Şirin kartofun tərkibində quercetin maddəsi vardır. Xolesterini azaldar və bədənin iltihablarının sağalmasına yardım edər. Bu maddə anti-oksidant kimi əməl edər və fəsil allergiyasını müalicə etmək üçün faydalı yoldur.
Şirin kartofun tərkibində karbohidrat vardır. Buna baxmayaraq, qanda olan şəkərin səviyyəsini kontrol edər. Kartofun bu növü kalium və B vitamini ilə zəngindir. Kalium və B6 vitamini qan təzyiqinin qalxmasının və ürəklərin xəstəliklərinin yaranmasının qarşısını alar.
Şirin kartof C vitamini ilə zəngindir. C vitamini yardım edir ki, əzələ və dəridə kallogen maddəsi ifraz olunsun. Həmçinin stresslə yaxşı mübarizə aparar.
Şirin kartofun tərkibində D vitamini vardır. D vitamini immun sitemini gücləndirər, əxlaqın yaxşılaşmasına yardım edər və sümükləri möhkəmləndirər. Bundan başqa ürək, dəri və dişlər üçün çox faydalıdır.

Milli.Az


Tags:  Şirin kartofun faydaları ARAŞDIRMA

RƏYLƏR


Top news