Bu ölkə soyuqdan donur

Bu ölkə soyuqdan donur
06:41 5 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Şaxtalı hava Kanadanın bir hissəsində həyatı iflic vəziyyətə salıb.

ANS PRESS-in məlumatına görə, əlverişsiz hava şəraiti Kvebek ştatında 135 mindən çox evi elektrik enerjisindən məhrum edib. Bu barədə “Hydro-Quebec” şirkəti xəbər yayıb.

Ölkənin bir sıra ştatlarında hökm sürən yağıntılar daşqınlara, buzlaşmmalara səbəb olub. Nyufaundlend və Labrador ştatlarında saatda 120 kilometrə qədər güclü küləyin əsməsi isə həyatı bir az da çətinləşdirib.

Bundan başqa, meteoroloqlar soyuğun 48 dərəcəyə düşəcəyi və 15-30 santimetrə qədər qar yağacağı barədə xəbərdarlıq ediblər.

CBC telekanalının yaydığı xəbərə əsasən, ölkədə on minlərlə insan hazırda işıqsız qalıb.

Qeyd edək ki, sözügedən xəbərdarlıq Kanadanın şahzadə Eduard adasından başqa bütün əyalətlərinə aiddir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR