Qızıl-zinət əşyaları oğurlayan dilənçi qadın tutulub

Qızıl-zinət əşyaları oğurlayan dilənçi qadın tutulub
12:17 30 Avqust 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində mənzildən qızıl-zinət əşyaları oğurlayan qadın tutulub.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhərin Energetiklər qəsəbəsinin sakini Həsənov Xaləddin Çingiz oğlu ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mənzildən iki ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük oğurlayıb. Ev sahibi ona ümumilikdə 4000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.
 
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsindəki 145 saylı mənzildə yaşayan 1983-cü il təvəllüdlü Kərimova Zarina Ramiz qızı saxlanılıb. Məlum olub ki, Zarina Kərimova Yevlaxda yaşayan qaraçılardandır və Mingəçevirə dilənmək üçün gəlib. O, evdə heç kimin olmadığını görərək, mənzilə girib və qızıl-zinət əşyalarını oğurlayıb. Qadın əməlini etiraf edib.
 
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/465143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR