Kanadada 135 min ailə işıqsız qalıb

09:12 5 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Əlverişsiz hava şəraiti Kanadanın Kvebek əyalətində 135 mindən çox təsərrüfatı elektrik enerjisiz qoyub. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə Hydro-Quebec şirkəti xəbər verir.

Müxtəlif əyalətlərdə leysan yağışları, daşqınlar, saatda 120 kilometrə qədər güclü külək (Nyufaundlend və Labrador əyalətləri), qar və gecə 30 dərəcəyə qədər ekstremal şaxtalar gözlənilir.

Meteoroloqlar 48 dərəcəyə qədər soyuqların düşməsi və 15-30 santimetrə qədər bərk qarın yağması barədə xəbərdarlıq ediblər.

CBC telekanalı xəbər verir ki, şirkətin Monterji inzibati vilayətində 75 min nəfər və Monreal vilayətində 51 min nəfərə yaxın müştərisi artıq işıqsız qalıb.

Ümumilikdə xəbərdarlıq Kanadanın Şahzadə Eduard adasından başqa bütün əyalətlərinə aiddir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR