Bakıda "Qalatasaray"ın milyonluq obyekti batdı

09:17 5 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

2012-ci ildə “Qalatasaray”ın Bakıda açdığı 1 milyon dollarlıq mağaza müflis olub.
 
Sportinfo.az xəbər verir ki, Azadlıq prospektində yerləşən mağaza alıcı tələbatı olmadığına görə fəaliyyətini dayandırıb. Mağazada xərclər borcu ödəməyib və “Galatasaray Store” dükanı bağlanıb.

Həmin obyektin yerində kimyəvi təmizləmə mərkəzi açılıb.
 
“Qalatasaray” rəhbərliyi “Galatasaray Store”dən ildə təxminən 1 milyon dollar gəlir götürməyi planlaşdırırdı. Hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 “Galatasaray Store” mağazası fəaliyyət göstərir. Satışlar internet vasitəsilə də həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR