Nüfuzlu Forbes jurnalı dünyanın ən çox qazanan supermodellərinin yeni reytinq siyahısını açıqlayıb.
Milli.Az bildirir ki, reytinqə yenə də braziliyalı model Jizel Bundhen liderlik edir. 2015-ci ilin iyunun 1-dən bəri onun gəlirləri 13,5 milyon dollar azalsa da, 30,5 milyon dollar təşkil edib.
İkinci yeri Bundhenin həmvətəni Adriana Lima tutub. "Victoria's Secret" brendinin ən "bahalı" modellərindən biri sayılan Lima 10,5 milyon dollar qazanıb.
Üçüncü yeri Kendall Cenner və Karlit Kloss bölüşdürüblər. Onların hər biri 10 milyon dollar qazanıb. Fəqət son bir ildə Klossun gəlirləri 2 dəfə, Cennerin gəlirləri isə 150 faiz artıb.
4-cü yerdə hər biri 9 milyon dollar qazanmış Cici Hədid və Rouzi Hantinqton-Uaytli var.
Kara Deleveyn 8,5 milyonla 5-ci, Kendis Sueynpul və Lyu Ven 7 milyonla 6-cı, Miranda Kerr 6 milyon dollarlıq gəlirlə 7-ci pillədədir.
Keyt Moss 5 milyon dollarlıq gəlirlə 13-cü yerdədir.
Milli.Az


















