Paytaxtda mərkəzi küçə bağlandı, tıxac yarandı

09:32 5 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakının Badamdar qəsəbəsində nəqliyyatın axınında sıxlıq yaranıb.

APA-nın məlumatına görə, sıxlığın yaranmasına əsas səbəb qəsəbənin M. Müşfiq küçəsində (Qurd qapısı adlanan ərazidən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasına qədər olan küçə) aparılan tikinti işləridir.
 
Qeyd edək ki, təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır və sürücülərə öncədən yolda nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq olunmayıb. Bu səbəbdən sürücülər özləri alternativ yollar axtarmalı olublar.
 
Yolun neçə günlük bağlı olacağı barədə də məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR