Lənkəranda kürəkən qayınanasını bıçaqlayıb

09:47 5 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 09:46 ]

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda ailə münaqişəsi zəminində kürəkən qayınanasını bıçaqlayıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib. Məlumata görə, rayonun Liman şəhər sakini, 1964-cü il təvəllüdlü İrina Aleksandrovna Abbasova qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ötən gecə MRX-nin cərrahiyyə şöbəsinə daxil olub.

Əlindəki bıçağın ehtiyatsızlıqdan onun bədəninə nüfuz etdiyini bildirən qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilərək palataya yerləşdirilib.

Lakin az sonra İ. Abbasovanın dalağının partladığı aşkarlanıb. Həkimlərin müdaxiləsi nəticəsində qadının sağlamlığı üçün yaranmış təhlükə aradan qaldırılıb. Yalnız bundan sonra İ.Abbasova kürəkəni tərəfindən bıçaqlandığını etiraf edib. Onun sözlərinə görə, kürəkəni ilə qızı arasında mübahisə yaranıb və qadın onların arasına girən zaman kürəkəni onu bıçaqla vurub.

 

Hazırda faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman şəhər Polis Bölməsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR