Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rozmarin - qaraciyərin, saçların, böyrəklərin dostu

Rozmarin - qaraciyərin, saçların, böyrəklərin dostu

Date: 3 September 2016 07:27

Rozmarin bitkisi sağlamlığın dostudur. Bu bitki qaraciyərdəki yağları kontrol edər və bu maddə həzm sistemi üçün çox faydalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, rozmarin bitkisi ödü dəf edər, qəbizliyi aradan qaldırar. Bu ətirli bitki həm də sidikqovucudur. Ona görə də böyrəklərə müsbət təsir qoyar. Revmatizm xəstəliyinin qarşısını alar.
Əgər böyrəklərinizin daş bağlamasını istəmirsinizsə, rozmarin bitkisinin sorağına gedin. Bu bitkinin qaynadılmış halı öskürəyə xeyirlidir.
 
Mütəxəssislərin nəzərinə görə rozmarin bitkisi əsəbləri sakitləşdirir, yuxusuzluğu və stressi dəf edir. Qədim yunanlılar hafizələrini gücləndirmək üçün bu bitkidən istifadə edirdilər. Əgər saçlarınızın uzun və gur olmasını istəyirsinizsə, bu bitkiyə müraciət edin.
 
Rozmarin bitkisinin bütün faydalı maddələri yarpaqlarında və güllərində toplanmışdır. Ən yaxşı yol onun qaynadılmış halından istifadə etməkdir. Bu ətirli bitkinin yarpaqlarını rahatlıqla dəmləyə bilərsiniz. Bunun üçün bir xörək qaşığı rozmarin bitkisini 1 stəkan su ilə 10 dəqiqə qaynadın. Gün ərzində bu çaydan 2 və 3 fincan içə bilərsiniz.
 
Tövsiyə edirik ki, bu bitkinin bir və ya iki budağını zeytun yağına tökəsiniz, bu yağa bir neçə diş sarımsaq da ata bilərsiniz. Bu zaman zeytunun nə qədər dadlı və ətirli olduğunu görərsiniz.
 
Əgər revmatizm xəstəliyindən əziyyət çəkirsinizsə, üzərində gülü olan rozmarin budağını bir litr suya atın və əlinizi və ayaqlarınızı bu suya salın.
 
Yaraların sağalması üçün yaxşı olar ki, bu bitkinin qurumuşundan istifadə edəsiniz. Bu bitkini qurudun və sonra onu döyün. Əmələ gələn pudrasını yaranın üzərinə səpin. Bu pudradan yüngül yaralarda istifadə edin.
 
Rozmarin bitkisinin yağı ağrıyan yerin masajı üçün faydalıdır. Bunun üçün bu yağla badam yağını qarışdırın və sonra istifadə edin.

Milli.Az


Tags:  Rozmarin qaraciyərin saçların böyrəklərin dostu

RƏYLƏR


Top news